Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib ki, Tehranda iki fransalı diplomata qarşı törədilən zorakılıq və qanunsuz saxlanılmaya cavab olaraq İranın iki diplomatı yaxın günlərdə Fransadan çıxarılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə "İran İnternational" məlumat yayıb.
Fransa tərəfi diplomatların Tehranda 4 saatlıq saxlanılması, dindirilməsi və birinin fiziki zorakılığa məruz qalmasını diplomatik toxunulmazlığın kobud şəkildə pozulması kimi təsvir edib.
Tehran tərəfindən iddia edilən casusluq ittihamları isə Paris tərəfindən qətiyyətlə təkzib olunub.
Bizim.Media