FİFA DÇ-2026-nın rəmzi heyətini açıqlayıb.
Bizim.Media xəbər verir ki, simvolik "11-lik" azarkeşlərin səsverməsi ilə müəyyənləşdirilib.
Turnirin qalibi İspaniya yığmasından 3, yarımfinalçı Fransadan 3, finalçı Argentinadan 2 və müvafiq olaraq Kabo-Verde, İngiltərə, Norveç millilərindən bir futbolçu seçilib.
Qapıçı: Vojinya (Kabo-Verde);
Müdafiəçilər: Pedro Porro (İspaniya), Lisandro Martines (Argentina), Dayoşankul Upamekano (Fransa), Mark Kukurelya (İspaniya);
Yarımmüdafiəçilər: Rodri (İspaniya), Maykl Olise (Fransa), Cud Bellingem (İngiltərə);
Hücumçular: Lionel Messi (Argentina), Erlinq Holann (Norveç), Kilian Mbappe (Fransa)

Bizim.Media