Bakıda "Sabah" və Finlandiyanın "KuPS" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununa indiyədək 5000 bilet satılıb.
Bizim.Media xəbər verir ki, bu barədə report.az-a Masazır təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.
"Sabah" - "KuPS" matçı bu gün, saat 20:00-da "Bank Respublika Arena"da start götürəcək.
Qeyd edək ki, stadion 8 700 tamaşaçı tutumuna malikdir.
Bizim.Media