FİFA finaldakı davaya görə Argentina millisinə qarşı araşdırmaya BAŞLADI

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) 2026-cı il dünya çempionatının İspaniya yığması ilə keçirilən final oyunundan sonra Argentina millisi nümayəndələrinin hərəkətlərini araşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat "Sky Sports News"un "X" sosial şəbəkəsindəki hesabında dərc olunub.

Final fitindən dərhal sonra meydanda dava düşüb. Argentina millisinin oyunçusu Nauel Molina yanından qaçaraq keçən İspaniya yığmasının kapitanı Rodrini əli ilə sinəsindən vurub.
 

Buna görə futbolçular arasında qarşıdurma yaranıb və hər iki komandanın oyunçuları sürətlə prosesə qoşulub. argentinalı Leandro Paredes aqressiv şəkildə ispanların müdafiəçisi Erik Qarsiyanın boğazından yapışıb, daha sonra isə komanda yoldaşına tərəf durmaq istəyən digər ispan Qaviyə hücum edib.


FİFA, həmçinin oyun başa çatdıqdan sonra ispanların yarımmüdafiəçisi Daniel Olmo ilə mübahisə edən və daha sonra onun üzünə zərbə endirən Argentina millisinin məşqçilər korpusunun üzvü Roberto Ayalanın da davranışını araşdırır.

Qarşılaşma İspaniyanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşün əsas vaxtı heç-heçə (0:0) bitsə də, ikinci əlavə vaxtda "Barselona"nın 26 yaşlı hücumçusu Ferran Torres yeganə qolu vurub.

Argentina millisi 93-cü dəqiqədən etibarən azlıqda oynayıb. Entso Fernandes top uğrunda mübarizədə Pau Kubarsinin ayağına kobud zərbə endirdiyi üçün ikinci sarı vərəqəni alaraq qovulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lənkəranın 6 kəndində qaz olmayacaq

Lənkəranın 6 kəndində qaz olmayacaq

40 oyundur uduzmurlar: İspaniya tarix yazdı - VİDEO

40 oyundur uduzmurlar: İspaniya tarix yazdı - VİDEO

Bakıda iki sərgi işə başladı – Mərasimdə nazir Prezidentin məktubunu oxudu

Bakıda iki sərgi işə başladı – Mərasimdə nazir Prezidentin məktubunu oxudu

Neftin qiyməti yenidən bahalaşdı

Neftin qiyməti yenidən bahalaşdı

Quba-Xınalıq yolunda növbəti sürüşmə baş verdi – ÖZƏL - VİDEO

Quba-Xınalıq yolunda növbəti sürüşmə baş verdi – ÖZƏL - VİDEO

Vuçiçi hazırda o əvəz edir

Vuçiçi hazırda o əvəz edir

Sumqayıtda yük maşınının vurduğu piyada VƏFAT ETDİ

Sumqayıtda yük maşınının vurduğu piyada VƏFAT ETDİ

Bu gün Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq

Bu gün Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq

Ucuzdur deyə Azərbaycanda çoxları bu maşınları alır

Ucuzdur deyə Azərbaycanda çoxları bu maşınları alır

Altı il öncə bu gün – 30 sentyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 30 sentyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

İranda silahlı toqquşmalar başladı – VİDEO

İranda silahlı toqquşmalar başladı – VİDEO

Bakı-Qazax yolunda “Mercedes” yandı – VİDEO

Bakı-Qazax yolunda “Mercedes” yandı – VİDEO

Yumurta qutularını torpağa basdırmağa başlayıblar

Yumurta qutularını torpağa basdırmağa başlayıblar

Bu şəxslər vergidən azad edildi – Siyahıda kimlər var?

Bu şəxslər vergidən azad edildi – Siyahıda kimlər var?

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirdi

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirdi

Pensiya kapitalını istifadə etmək istəyənlərin nəzərinə

Pensiya kapitalını istifadə etmək istəyənlərin nəzərinə

Bu ölkədə subaylara hökumət sevgili tapacaq - FOTO

Bu ölkədə subaylara hökumət sevgili tapacaq - FOTO

Hansı rayonda neçə nəfər işlə təmin olunub? – Rəsmi AÇIQLAMA

Hansı rayonda neçə nəfər işlə təmin olunub? – Rəsmi AÇIQLAMA

Ət bazarında vəziyyət DƏYİŞİR

Ət bazarında vəziyyət DƏYİŞİR

Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular

Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular

Hicabsız konsert vermişdi - Ağır cəzalandırıldı

Hicabsız konsert vermişdi - Ağır cəzalandırıldı

Tramp: “İran nə vaxtsa təslim olmaq qərarına gələcək”

Tramp: “İran nə vaxtsa təslim olmaq qərarına gələcək”

Naxçıvanda skuterlə motosiklet toqquşdu - 3 yaralı var

Naxçıvanda skuterlə motosiklet toqquşdu - 3 yaralı var

Ötən gecə Xəzər dənizində zəlzələ olub

Ötən gecə Xəzər dənizində zəlzələ olub

End of content

No more pages to load

RADİO