“Turan Tovuz” klubunun “Fənərbağça” ilə yoldaşlıq oyunu keçirəcəyi barədə məlumat vermişdik.
Bizim.Media xəbər verir ki, oyunun nə vaxt keçiriləcəyi müəyyənləşib. Konkret tarix göstərilməsə də İstanbul təmsilçisinin sentyabrın sonunda Tovuza səfər edəcəyi müəyyənləşib.
Əlavə edək ki, “Turan Tovuz” tarixində ilk dəfə avrokubok matçlarında məhz “Fənərbağça” ilə qarşılaşıb.
Bizim.Media