“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç Monteneqro milli komandasına dəvət alıb.
Bizim.Media xəbər verir ki, Yankoviç Bolqarıstan və Slovakiya ilə yoldaşlıq oyunlarında iştirak edə bilər.
Bolqarla görüş iyunun 1-də, Slovakiyaya qarşı oyun isə iyunun 5-də baş tutacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media