Azərbaycan yığmasının müdafiəçisi Toral Bayramovun "Qarabağ"dan «Bursaspor»a keçid qiyməti müəyyənləşib. Ağdam klubu müqaviləsi gələn ilin yayında bitəcək sol cinah oyunçusunun satışından normal gəlir əldə edib.
Bizim.Media xəbər verir ki, "Xəzər Lənkəran"ın yetirməsi 700 min dollar qarşılığında "yaşıl timsahlar"ın sıralarına qoşulub.
Türkiyənin II Liqasında çempion olaraq I Liqaya vəsiqə qazanan Bursa təmsilçisi həmin məbləği hissə-hissə "köhlən atla"ın hesabına köçürəcək.
25 yaşlı futbolçu minimum qarşıdakı 2 ili "yaşıl timsahlar"ın düşərgəsində keçirəcək. Kontraktda sözləşmənin daha 1 il uzadıla biləcəyi bənd də yer alıb.
2020-ci ildən "Qarabağ"ın əsas komandasında çıxış edən Toral bu müddətdə 254 oyunda 37 qol vurub.
Rəşad Rafiqoğlu, Bizim.Media