"Şamaxı" daha bir futbolçu ilə yollarını ayırıb.
Bizim.Media xəbər verir ki, bölgə təmsilçisi Andrey Tirkoveanu ilə vidalaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Rumıniyalı hücumameyilli yarımmüdafiəçi ilə müqavilə müddəti başa çatıb. Klub futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Andrey Tirkoveanu 2025-ci ilin yanvarından "Şamaxı"da çıxış edirdi. 29 yaşlı oyunçu ötən mövsüm komandanın heyətində meydana çıxdığı 19 rəsmi matçda 2 qol vurub.
Bizim.Media