"Neftçi" yeni mövsüm üçün ilk transferini reallaşdırıb.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Ağ-qaralar" millimizin üzvü Rüfət Abbasovla anlaşıb. 21 yaşlı müdafiəçi "Neftçi" ilə 3 illik müqavilə imzalayıb.
Abbasov paytaxt klubunda 3 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Rüfət “Neftçi”nin yetirməsidir və 2021/2022 mövsümündə əsas komandaya cəlb edilib, 2 rəsmi oyuna çıxıb.
Bizim.Media