“Sabah” qapıçı Stas Pokatilovla yeni müqavilə imzalayıb.
Bizim.Media xəbər verir ki, qazaxıstanlı qolkiperlə yeni müqavilənin müddəti 1 ildir.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Stas 2025-ci ilin yanvar ayından “Sabah”ın uğurları üçün çalışır. 33 yaşlı qapıçı komandanın heyətində 61 oyun keçirib, bir dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub.
Bizim.Media