Karateçilərimiz Avropa çempionatında 9 medal qazandı

Almaniyanın Frankfurt şəhərində 61-ci WKF Avropa Çempionatı başa çatıb.

Bizim.Media bu barədə Azərbaycan Karate Federasiyasına istinadən xəbər verir.

Bildirilib ki, mayın 20-24-də keçirilən yarışda 50 ölkədən 586 karateçi mübarizə aparıb.

Avropa çempionatı Azərbaycan karateçiləri üçün uğurlarla yadda qalıb. Qadın karateçimiz Mədinə Sadıqova 55 kq çəki dərəcəsində qızıl medal qazanaraq, WKF təşkilatı xətti ilə böyüklər arasında Azərbaycanın ilk qadın Avropa çempionu kimi tarixə düşüb.

Digər təmsilçimiz İrina Zaretska isə 68 kq çəki dərəcəsində bürünc medal əldə edib.
 

Parakarate üzrə çıxış edən idmançılarımız - Vidadi Xalıqov, Fərrux Qaybaliyev və Aysel Əhmədli Avropa çempionatının bürünc medalçıları olublar.


Qızlardan ibarət kumite üzrə yığma komandamız da komanda yarışlarında bürünc medal qazanaraq ölkəmizə növbəti uğuru bəxş edib. Komandanın heyətində Mədinə Sadıqova, İrina Zaretska, Gülay Orucova və Aysu Əliyeva yer alıblar.

Kişilərdən ibarət yığma komandanın bəzi üzvləri medalın bir addımlığında olsalar da, bu dəfə fəxri kürsüyə yüksələ bilməyiblər.

Azərbaycan karateçiləri ümumi komanda hesabında Avropada 6-cı pillədə qərarlaşıb və bu nəticə ölkə karatesinin beynəlxalq arenada inkişafının növbəti göstəricisi kimi qiymətləndirilib.
 

Qeyd olunur ki, çempionat çərçivəsində Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev Dünya Karate Federasiyasının prezidenti Antonio Espinos ilə görüş keçirib. Görüş zamanı Azərbaycanda karatenin inkişafı, beynəlxalq əməkdaşlıq imkanları və gələcək layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb.


Eyni zamanda dünya şöhrətli yapon karate ustası, 9-cu dan qara kəmər sahibi Şixan Kaqava ilə də görüş olub, karate sahəsində təcrübə və inkişaf perspektivləri müzakirə edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kirayə mənzillər rekord vaxtda bitdi - Cəmi 16 dəqiqə

Kirayə mənzillər rekord vaxtda bitdi - Cəmi 16 dəqiqə

Putin Nikolay Baskovu ordenlə təltif etdi

Putin Nikolay Baskovu ordenlə təltif etdi

Dünyanın ən gənc professor oldu – Gennesin Rekordlar Kitabına düşdü

Dünyanın ən gənc professor oldu – Gennesin Rekordlar Kitabına düşdü

Metroda yeni mərhələ: Bakı sakinlərini çətin bir il gözləyir

Metroda yeni mərhələ: Bakı sakinlərini çətin bir il gözləyir

“Orhus”un baş məşqçisi: “Sabah yaxşı komandadır”

“Orhus”un baş məşqçisi: “Sabah yaxşı komandadır”

Çimərliyə gedənlər üçün HAVA DURUMU

Çimərliyə gedənlər üçün HAVA DURUMU

Şərur sakini "tiktok"da ilk paylaşımını etdi - SAXLANILDI

Şərur sakini "tiktok"da ilk paylaşımını etdi - SAXLANILDI

“Real”ın futbolçusu İngiltərə klubuna keçdi

“Real”ın futbolçusu İngiltərə klubuna keçdi

Makronun xanımı gəncliyində necə olub? - Yeni fotosu yayıldı

Makronun xanımı gəncliyində necə olub? - Yeni fotosu yayıldı

Ceki Çanın Bakıda ilk görüntüləri – VİDEO

Ceki Çanın Bakıda ilk görüntüləri – VİDEO

Nazirlik direktor vəzifəsi üçün müsabiqə ELAN ETDİ

Nazirlik direktor vəzifəsi üçün müsabiqə ELAN ETDİ

Azərbaycanlı futbolçu Türkiyə klubunda

Azərbaycanlı futbolçu Türkiyə klubunda

Bakıda 22 milyon manata muzey yaradılacaq

Bakıda 22 milyon manata muzey yaradılacaq

Naxçıvanda "VAZ-2107" "KamAZ"la toqquşdu: 3 nəfər xəsarət aldı - VİDEO

Naxçıvanda "VAZ-2107" "KamAZ"la toqquşdu: 3 nəfər xəsarət aldı - VİDEO

“Kəpəz” Moldova millisinin üzvünü transfer etdi

“Kəpəz” Moldova millisinin üzvünü transfer etdi

Vaşinqtondan kritik Hörmüz boğazı açıqlaması: “İləliləyiş var, amma...”

Vaşinqtondan kritik Hörmüz boğazı açıqlaması: “İləliləyiş var, amma...”

Qəbuldan voleybol meydançasına: DGK sədrinin Qusar səfərindən təfərrüatlar - FOTO

Qəbuldan voleybol meydançasına: DGK sədrinin Qusar səfərindən təfərrüatlar - FOTO

Messi ilk 5-likdə - “Qızıl top”un əsas favoritləri

Messi ilk 5-likdə - “Qızıl top”un əsas favoritləri

Bakı-Sumqayıt qatar xətlərində hasarlanma: Təhlükəsizlik zonası necə olacaq? - FOTO

Bakı-Sumqayıt qatar xətlərində hasarlanma: Təhlükəsizlik zonası necə olacaq? - FOTO

Rövşən Nəcəf Peter Siyarto ilə görüşdü - FOTO

Rövşən Nəcəf Peter Siyarto ilə görüşdü - FOTO

Azərbaycanda ən çox bazar payına malik sosial şəbəkələr – SİYAHI

Azərbaycanda ən çox bazar payına malik sosial şəbəkələr – SİYAHI

Nazirlik 8 min uşağın təhsilini maliyyələşdirəcək - RƏSMİ

Nazirlik 8 min uşağın təhsilini maliyyələşdirəcək - RƏSMİ

Evin həyətində qadın meyiti aşkar edildi

Evin həyətində qadın meyiti aşkar edildi

İranda güclü partlayış: PUA-ların istehsal edildiyi zavod yanır? - VİDEO

İranda güclü partlayış: PUA-ların istehsal edildiyi zavod yanır? - VİDEO

End of content

No more pages to load

RADİO