Dünya çempionatının final biletləri 30 min dollara qədər YÜKSƏLİB

2026-cı il futbol üzrə dünya çempionatının biletlərinin qiymətləri rekord həddə çatıb.

FIFA tarixində ilk dəfə bu turnirdə dinamik qiymət sistemi tətbiq olunur. Aviaşirkətlər və hotel sektorunda geniş istifadə edilən bu modelə əsasən, biletlərin qiyməti tələbə uyğun olaraq real vaxt rejimində dəyişir və bu da bəzi kateqoriyalarda qiymətlərin kəskin artmasına səbəb olub.

Bizim.Media “əl-Ərəbiyyə” telekanalına istinadla xəbər verir ki, yeni sistem nəticəsində 2026-cı il dünya çempionatının biletlərində kəskin qiymət artımı müşahidə olunur.
 

Qrup mərhələsinin ən ucuz biletlərinin qiyməti təxminən 300 ABŞ dolları təşkil edir. Final oyununun rəsmi biletləri isə 11 min dolları ötüb və bəzi hallarda 30 min dollara qədər yüksəlib.


Rəsmi satışla yanaşı, biletlərin ikinci satışı (yenidən satışı) da müşahidə olunur. Bu zaman rəsmi şəkildə alınmış biletin sonradan başqa bir şəxsə, adətən daha baha qiymətə satılması nəzərdə tutulur. Məlumatlara görə, bəzi biletlər bir yer üçün 2,3 milyon ABŞ dollarına təklif olunub.

Ekspertlər hesab edirlər ki, bu göstəricilər artıq, sadəcə, qiymət artımı deyil, futbol üzrə ən böyük turnirə çıxış fəlsəfəsinin köklü şəkildə dəyişdiyini nümayiş etdirir.

ABŞ Prezidenti Donald Tramp da biletlərin qiymətləri ilə bağlı münasibət bildirib. O, “New York Post” nəşrinə açıqlamasında “Mən belə bu qiyməti ödəmərəm”, - deyə qeyd edib.
 

Mütəxəssislərin fikrincə, baş verənlər yalnız yüksək tələbatla izah olunmur, həm də FIFA-nın turnirin idarə edilməsində gəlirlərin maksimum artırılmasına yönəlmiş yeni strategiyasının bir hissəsidir.


Qurum, eyni zamanda, biletlərin rəsmi yenidən satışını təmin edən platforma istifadəyə verib. Bu platforma vasitəsilə həm satıcıdan, həm də alıcıdan komissiya haqqı tutulur ki, bu da dünya çempionatının kommersiya xarakterini daha da gücləndirir.

Bazar müqayisələrinə əsasən, 2026-cı il dünya çempionatının orta bilet qiymətləri əvvəlki beş mundialın orta göstəricisindən təxminən altı dəfə yüksəkdir. (azertag.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyev və xanımının “ADEX 2026” sərgisindən görüntüləri – VİDEOÇARX

İlham Əliyev və xanımının “ADEX 2026” sərgisindən görüntüləri – VİDEOÇARX

Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşdü

Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşdü

Azərbaycan Türkiyədən 500 milyon dollarlıq SİLAH ALIR

Azərbaycan Türkiyədən 500 milyon dollarlıq SİLAH ALIR

Oktyabrın ilk günlərində leysan olacaq - XƏBƏRDARLIQ

Oktyabrın ilk günlərində leysan olacaq - XƏBƏRDARLIQ

Azərbaycandan QƏTİYYƏTLİ MÖVQE – İsveçrədə Qarabağla bağlı təxribatçı forum BAŞ TUTMADI – EKSKLÜZİV

Azərbaycandan QƏTİYYƏTLİ MÖVQE – İsveçrədə Qarabağla bağlı təxribatçı forum BAŞ TUTMADI – EKSKLÜZİV

Yeni PUA-mız ilk dəfə nümayiş etdirildi - FOTO

Yeni PUA-mız ilk dəfə nümayiş etdirildi - FOTO

Daha bir "Flydubai" təyyarəsi qəfildən istimaqətini dəyişdi: Nə baş verir?

Daha bir "Flydubai" təyyarəsi qəfildən istimaqətini dəyişdi: Nə baş verir?

“Köhnə peşə”nin yeni nümayəndələri – Sürücüləri tələyə salan piyadaları hansı cəza gözləyir?

“Köhnə peşə”nin yeni nümayəndələri – Sürücüləri tələyə salan piyadaları hansı cəza gözləyir?

Bu qəsəbədə saxta alkoqollu içkilər aşkarlandı – FOTO

Bu qəsəbədə saxta alkoqollu içkilər aşkarlandı – FOTO

Azərbaycanın yeni lazer raketi - FOTO

Azərbaycanın yeni lazer raketi - FOTO

Tac Mahalın arxasında gizlənən səfalət — Hindistandan REPORTAJ (FOTOLAR)

Tac Mahalın arxasında gizlənən səfalət — Hindistandan REPORTAJ (FOTOLAR)

Pilotların dava etdiyi həmin təyyarədən ilk FOTOLAR

Pilotların dava etdiyi həmin təyyarədən ilk FOTOLAR

“SİQR” pilotsuz quru robotu nümayiş etdirildi - FOTO

“SİQR” pilotsuz quru robotu nümayiş etdirildi - FOTO

Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Azərbaycanın “VAŞAQ” zirehli əməliyyat maşını – FOTO

Azərbaycanın “VAŞAQ” zirehli əməliyyat maşını – FOTO

12 milyonluq "Bulvar İdarəsi" İŞİ: "Pulları Fuad müəllimə verirdim"

12 milyonluq "Bulvar İdarəsi" İŞİ: "Pulları Fuad müəllimə verirdim"

Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanıldı – FOTO

Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanıldı – FOTO

Müdafiə sahəsinə 500 milyon dollar: Azərbaycan və Türkiyə yeni sazişlər imzaladı

Müdafiə sahəsinə 500 milyon dollar: Azərbaycan və Türkiyə yeni sazişlər imzaladı

Daha bir Azərbaycan vətandaşı Rusiya-Ukrayna müharibəsində HƏLAK OLDU

Daha bir Azərbaycan vətandaşı Rusiya-Ukrayna müharibəsində HƏLAK OLDU

“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

Azərbaycanda alternativ hərbi xidmətə KEÇİD GÜNDƏMDƏ

Azərbaycanda alternativ hərbi xidmətə KEÇİD GÜNDƏMDƏ

Azərbaycanın sabiq deputatı "Ahıllar evi"nə yerləşdirilib - VİDEO

Azərbaycanın sabiq deputatı "Ahıllar evi"nə yerləşdirilib - VİDEO

DİQQƏT! Ağdaş, Şəki və Qəbələnin bəzi ərazilərində qaz kəsiləcək

DİQQƏT! Ağdaş, Şəki və Qəbələnin bəzi ərazilərində qaz kəsiləcək

End of content

No more pages to load

RADİO