Futbol üzrə Azərbaycan 2025/2026 mövsümünün sonuncu - XXVII turunun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, bu gün baş tutan görüşlərdən sonra çempionatı tərk edəcək komanda məlum olub.
"Difai" səfərdə MOİK-ə 0:4 hesabı ilə uduzub. 18 xalı olan Ağsu təmsilçisi növbəti mövsümdə II Liqada mübarizə aparacaq. 9-cu pillədə yer alan "Şimal" isə I Liqada qalmaq üçün II Liqanın 2-cisi olan "Qaradağ Lökbatan"la pley-off matçına çıxacaq.
I Liqa, XXVII tur
21 may
MOİK - "Difai" 0:4
Qollar: M.Baxşalı, 2, S.Yadom, 24, S.Fərəcov, 79, B.Soltanov, 89
"Cəbrayıl" - "Şimal" 2:3
Qollar: D.Açimi, 29, 54 - N.Osmanov, 55, N.Şixamirov, 64, 77
Bizim.Media