“Zirə” klubu heyətindəki legionerlərdən birini heyətdə saxlamaq niyyətindədir.
Bizim.Media xəbər verir ki, söhbət portuqaliyalı qapıçı Tiyaqo Silvadan gedir. Hazırda rəhbərlik 26 yaşlı qolkiperlə danışıqları davam etdirir.
Əgər tərəflər arasında razılıq əldə olunsa, təcrübəli futbolçu ilə yeni bir illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Tiyaqo Silva 2023-cü ildən “Zirə” klubunda çıxış edir.
Bizim.Media