“Məni VAR-a çağırmayın” - Əliyardan həmkarlarına tapşırıq

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev artıq bir neçə gündür ki, gündəmdən düşmək bilmir.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, təcrübəli hakim ölkə kubokunun 1/2 final mərhələsinin ilk görüşləri çərçivəsində keçirilən “Turan Tovuz” – “Zirə” matçında verdiyi qərarlarla diqqətləri üzərinə çəkib.

O, tovuzluların iki penaltisini verməməklə nəticəyə təsir edən səhvlərə yol verdi. Ötən gün Hakimlər Komitəsinin sədri Rəhim Həsənov da Ağayevin yanlış qərarlar verdiyini təsdiq etdi.

Bu səbəbdən təcrübəli FİFA referisi cəzalandırılaraq adı ötən gün keçirilən “Qarabağ” – “Karvan-Yevlax” (7:0) matçının hakimləri siyahısından çıxarıldı.

Ə.Ağayev son illərdə Azərbaycan futbolunun yetişdirdiyi ən yaxşı hakimdir. O, UEFA-nın ən nüfuzlu yarışlarının qrup mərhələlərinin matçlarına təyinat alır.
 

Elit kateqoriya yolunda irəliləyən hakimin kubok matçında bu cür ciddi səhvlərə yol verməsi əlbəttə ki, anlaşılmaz durum yaradırdı. Maraqlıdır ki, Əliyar Ağayev bir neçə tur öncə “Şamaxı” – “Neftçi” oyununda qonaqların qapısına eyni qayda pozuntusuna görə təyin edilən penaltini də diqqətə almayıb.


Həmin görüşdə “Neftçi” tərəfi epizoddan narazı qalsa da, Hakimlər Komitəsinin sədri Rəhim Həsənov qərarın doğru olduğunu təsdiq etmişdi.

Bütün bu halları nəzərə alaraq, Ə.Ağayev kimi hakimin verdiyi qərar sorğu-sual olunur.

Məlumata görə, Ağayev VAR-ın onun qərarlarına müdaxilə etməsini xoşlamır. Azərbaycan çempionatında VAR tətbiq olunmağa başlayarkən o, hakimlərə şərt qoyub. Təcrübəli referi bildirib ki, həmkarlarından heç biri onu VAR monitoruna çağırmasın.

Ə.Ağayev həmçinin deyib ki, onun meydanda verdiyi qərarlar doğrudur və heç bir qərarının səhv olduğunu düşünmür.

Məhz təkəbbürlü davranışı hakimin səhvlərinin əsas səbəblərindən biri sayılır. Elə bunları nəzərə alsaq, UEFA kateroqiyalı hakimin bundan öncə də anoloji davranışlar sərgilədiyini bildirməliyik.

O, bir neçə dəfə çağırılsa da, ya VAR monitoruna baxmağa getməyib, ya da gedib qərarını yanlış olsa belə, dəyişdirməyib.

Bu cür hallar hazırda ən yüksək təyinatlar alan hakimimizin ciddi səhvlərə yol verməsinə gətirib çıxarır. Eynilə ötən həftə keçirilən “Turan Tovuz” – “Zirə” (0:2) matçında olduğu kimi...



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

Bakıda bu binalar təmir ediləcək

Bakıda bu binalar təmir ediləcək

End of content

No more pages to load

RADİO