AFFA İcraiyyə Komitəsinin iclası KEÇİRİLDİ

19 fevral 2026-cı il tarixində SOCAR-ın inzibati binasında AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Bizim.Media xəbər verir ki, AFFA-nın prezidenti Rövşən Nəcəf əvvəlcə UEFA Çempionlar Liqasında “Qarabağ”ın bu mövsüm qazandığı uğurlar münasibətilə komandanın baş məşqçisi Qurban Qurbanovu təbrik edib, bu nəticələrin Azərbaycan futbolunun beynəlxalq nüfuzunun artmasına töhfə verdiyini vurğulayıb. AFFA-nın prezidenti daha sonra iclasın gündəliyi barədə məlumat verib.
 

İlk olaraq AFFA-nın 2026-cı il üçün büdcəsi müzakirə olunaraq təsdiqlənib. Ardınca AFFA-nın baş katibi Cahangir Fərəcullayev Əvəzedicilər Liqasının 2026/2027-ci illər mövsümü üçün statusu barədə geniş məlumat verib. Məsələ ətrafında İcraiyyə Komitəsi üzvləri tərəfindən təkliflər səsləndirilib, yekun qərarın verilməsi üçün Klublar Komitəsinin rəyinin alınmasının məqsədəuyğun olduğu bildirilib.


Daha sonra AFFA-nın baş katibinin müavini Elçin Məmmədov Misli Premyer Liqası klublarının akademiyalarında aparılmış yerində təhlillər üzrə hesabatı təqdim edib.

İclasda Hakimlər Komitəsinin tərkibinin formalaşdırılması məsələsinə də baxılıb. Qərara əsasən, Asim Xudiyev, Şahin Cəfərov və Elçin Səmədli yekdilliklə komitənin yeni üzvləri təyin olunublar.

Eyni zamanda Misli Premyer Liqası hakimləri üçün nəzərdə tutulan yeni bonus sistemi baş katib Cahangir Fərəcullayev tərəfindən təqdim olunub. Bu sistemin hakimlərin fəaliyyətinin stimullaşdırılmasına və oyunlarda idarəçiliyin keyfiyyətinin artırılmasına xidmət edəcəyi bildirilib.
 

Təklif olunan sistem İcraiyyə Komitəsinin üzvlərinin səsverməsi ilə təsdiq edilib. İclasda AFFA-nın növbəti Hesabat Konfransının tarixi də müəyyənləşdirilib. AFFA-nın növbəti Hesabat Konfransının 2026-cı il aprelin 3-də keçirilməsi qərara alınıb.


Oyunçuların Statusu və Transferi Komitəsinin sədri Tural Eyvazovun öz xahişi ilə vəzifəsindən ayrılması ilə bağlı ərizəsi qəbul edilib. Qərara əsasən, bu komitəyə Sərxan İbadov yeni sədr seçilib.

Sonda 2027-ci ildə Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA U-20 Dünya çempionatı ilə əlaqədar ev sahibliyi müqaviləsi təsdiqlənib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyanın ən çirkli havası olan şəhərləri açıqlandı: Birinci yerdə haradır?

Dünyanın ən çirkli havası olan şəhərləri açıqlandı: Birinci yerdə haradır?

Təmayül sinifləri üçün müəllim seçimində əsas meyarlar AÇIQLANDI – RƏSMİ - MÜSAHİBƏ

Təmayül sinifləri üçün müəllim seçimində əsas meyarlar AÇIQLANDI – RƏSMİ - MÜSAHİBƏ

Xalasının əri ilə yeyib içdi, sonra bıçaqladı - Cinayətin təfərrüatı

Xalasının əri ilə yeyib içdi, sonra bıçaqladı - Cinayətin təfərrüatı

İnfarkt gəlməzdən öncə bədən bu siqnalları verir

İnfarkt gəlməzdən öncə bədən bu siqnalları verir

Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı

Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı

Gecələri zəhərə çevirən xorultuya son – Yeni cihaz hazırlandı

Gecələri zəhərə çevirən xorultuya son – Yeni cihaz hazırlandı

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Müəllimlərə yeni status: Mənzil, pensiya və digər güzəştlər...

Müəllimlərə yeni status: Mənzil, pensiya və digər güzəştlər...

ABŞ ordusu İranla bağlı 125 ticarət gəmisini nəzarətə götürüb

ABŞ ordusu İranla bağlı 125 ticarət gəmisini nəzarətə götürüb

Minimum əməkhaqqı 150 manat ARTDI – Bəs ərzaq qiymətləri?

Minimum əməkhaqqı 150 manat ARTDI – Bəs ərzaq qiymətləri?

Qarşıdakı günlərdə bəxti gətirəcək 5 bürc

Qarşıdakı günlərdə bəxti gətirəcək 5 bürc

Dizel yanacağı problemləri Rusiyada baş verənlərlə bağlıdır

Dizel yanacağı problemləri Rusiyada baş verənlərlə bağlıdır

Dünyada yenidən populyarlaşan 10 qədim ad - SİYAHI

Dünyada yenidən populyarlaşan 10 qədim ad - SİYAHI

Kamçatka sahillərində ardıcıl üç zəlzələ oldu

Kamçatka sahillərində ardıcıl üç zəlzələ oldu

Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?

8 Noyabr prospekti istiqamətində avtomobillərin hərəkəti BƏRPA OLUNDU

8 Noyabr prospekti istiqamətində avtomobillərin hərəkəti BƏRPA OLUNDU

Vətən müharibəsinin xronikası: 1 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 1 oktyabr – VİDEO

Telefon nömrəniz xarakteriniz barədə nə deyir?

Telefon nömrəniz xarakteriniz barədə nə deyir?

Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO

Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

4 BÜRC üçün pul şansı gələcək

4 BÜRC üçün pul şansı gələcək

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

End of content

No more pages to load

RADİO