"Yenə də favorit "Qarabağ"dır" - Ayxan Abbasov

"Şamaxı" Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda doğma meydanda "Qarabağ"a 2:1 hesabı ilə qalib gəlib.

Bizim.Media xəbər verir ki, "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb.

Baş məşqçi dumanlı hava şəraitinin hər iki tərəfə çətinlik yaratdığını, hətta 60-cı dəqiqədən sonra digər cinahı görməkdə çətinlik çəkdiklərini bildirib:

"Hava şəraiti hər iki komanda üçün çətinlik yaradırdı. Futbolçular sona qədər mübarizə apardılar. “Qarabağ” kimi güclü rəqiblə iki oyun keçirmək nə qədər ağır olsa da, bu həm futbolçularımız, həm komandamız, həm də gələcəyimiz üçün ciddi təcrübədir.
 

Demək olar ki, cütün taleyi cavab görüşünə qaldı. “Qarabağ” sıx qrafikdə oynayırdı və heyətdə itkilər var idi. Buna baxmayaraq futbolçularım ilk hissədə tapşırıqları daha yaxşı yerinə yetirdilər. Sonradan isə yorğunluq özünü göstərdi.


Biz də sıx qrafikdəyik, ardıcıl ağır matçlar keçiririk. Davam edəcəyik. Beş gün sonra yenidən “Qarabağ”la üz-üzə gələcəyik. Yaxşı bərpa keçib, həmin oyuna tam hazır olacağıq".

O, "Sumqayıt"da işləyərkən kubokda "Qarabağ"ı keçdiyini xatırlatsa da, bu dueldə də favoritin Ağdam təmsilçisi olduğunu gizlətməyib.

Mütəxəssis sıx qrafikdə oynadıqlarını və heyət genişliyi olmadığı üçün rotasiya imkanlarının məhdudluğunu etiraf edib:

"Heyətimiz geniş deyil, ona görə də böyük rotasiya etmək imkanımız yoxdur. Beş gündən bir oyunlar keçiririk. Təbii ki, bu qrafikdə futbolçular tam gümrah olmur, yorğunluq yaranır.
 

Amma komandadakı balansı qorumaq və oyun keyfiyyətini yüksəltmək üçün də mütləq oynamaq lazımdır. “Qarabağ” kimi güclü komandalarla matçlarda hər şey üzə çıxır. Belə rəqiblərlə mübarizə aparmaq bizim üçün həm sınaqdır, həm də inkişaf imkanıdır.


Çempionatda hədəfimiz bəllidir: yerimizi qorumaqla yanaşı, mümkün qədər yuxarı pillələrə qalxmaq istəyirik".

A.Abasov "Qarabağ"la qarşılaşmalarına baxmayaraq, iddialı olduqlarını və təslim olmayacaqlarını vurğulayıb:

"Bu gün həyatın özü mübarizədir. Hər kəs hansı sahədə olursa-olsun, imkanları daxilində irəli getmək, inkişaf etmək istəyir. Əlbəttə, biz də niyə istəməyək? Amma qarşımızda “Qarabağ” kimi güclü rəqib var və ondan sonra kimlərlə üz-üzə gələcəyimiz də məlumdur.

Futbol elə budur. Biz mübarizə aparacağıq. Oyundan əvvəl “təslim olaq” kimi düşüncə bizdə yoxdur. Rəqib nə qədər güclü olsa da, hər komanda meydanda sona qədər savaşır".

Ayxan Abbasov növbəti turda "Qarabağ"la keçiriləcək oyunda hava şəraitinin yaratdığı potensial problemlərdən danışıb:

“Burada bundan da çətin hava şəraiti olub. "Səbail"lə görüşdən əvvəl stadion qarlı idi, amma matç təxirə salınmadı. Həmin vaxt deyilmişdi ki, qaydalara görə, bu gün oynamasaz, sabah oynamalısız. Vəziyyət lap da pis olsa, onsuz da bizdən asılı olmayacaq, təxirə düşəcək. Amma hava durumu daha yaxşıya doğru getməlidir".(sportal.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var

Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var

Mikayıl Cabbarov: “Azərbaycanın regiondakı rolu sadə prinsipə söykənir, əməkdaşlıq üçün qapıları açırıq” - VİDEO

Mikayıl Cabbarov: “Azərbaycanın regiondakı rolu sadə prinsipə söykənir, əməkdaşlıq üçün qapıları açırıq” - VİDEO

Baş katib: “Azərbaycan-AQEM əməkdaşlığı media sahəsində dialoqun inkişafına töhfə verir”

Baş katib: “Azərbaycan-AQEM əməkdaşlığı media sahəsində dialoqun inkişafına töhfə verir”

Səudiyyə Ərəbistanının vəliəhdi: Krallıq bütün təhdidlərə qətiyyətlə cavab verəcək

Səudiyyə Ərəbistanının vəliəhdi: Krallıq bütün təhdidlərə qətiyyətlə cavab verəcək

Mənzilinin divarlarını, balkonları söküb otağa birləşdirənlərə XƏBƏRDARLIQ

Mənzilinin divarlarını, balkonları söküb otağa birləşdirənlərə XƏBƏRDARLIQ

Mehmet Daniş: “Etimad mühitinin yaradılmasında medianın məsuliyyəti ön plandadır”

Mehmet Daniş: “Etimad mühitinin yaradılmasında medianın məsuliyyəti ön plandadır”

Şərurun bəzi kəndlərində İŞIQ OLMAYACAQ

Şərurun bəzi kəndlərində İŞIQ OLMAYACAQ

Fərhad Məmmədov: “Geosiyasi güc mərkəzləri artıq bir-biri ilə toqquşur”

Fərhad Məmmədov: “Geosiyasi güc mərkəzləri artıq bir-biri ilə toqquşur”

Kürdəmirdəki toyda kütləvi zəhərlənmə ilə bağlı YENİ XƏBƏR – RƏSMİ

Kürdəmirdəki toyda kütləvi zəhərlənmə ilə bağlı YENİ XƏBƏR – RƏSMİ

İlham Əliyevdən Çin liderinə MƏKTUB

İlham Əliyevdən Çin liderinə MƏKTUB

İki ölümcül iynəyə tab gətirdi - Edamı bu səbəbdən baş tutmadı

İki ölümcül iynəyə tab gətirdi - Edamı bu səbəbdən baş tutmadı

Azərbaycan XİN Çini və Nigeriyanı təbrik etdi – FOTO

Azərbaycan XİN Çini və Nigeriyanı təbrik etdi – FOTO

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Azərbaycan “SpaceXAI” ilə süni intellekt sahəsində ƏMƏKDAŞLIQ EDƏCƏK - FOTO

Azərbaycan “SpaceXAI” ilə süni intellekt sahəsində ƏMƏKDAŞLIQ EDƏCƏK - FOTO

“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb

“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb

Xələf Xələfov: “Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır”

Xələf Xələfov: “Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır”

“TikTok” və “Spotify” Azərbaycanda vergiyə CƏLB OLUNDU

“TikTok” və “Spotify” Azərbaycanda vergiyə CƏLB OLUNDU

Kürdəmirdə toyda 92 nəfər SUDAN zəhərlənib? – Həkimdən AÇIQLAMA

Kürdəmirdə toyda 92 nəfər SUDAN zəhərlənib? – Həkimdən AÇIQLAMA

Əhalinin NƏZƏRİNƏ – Oktyabrın 6-dan başlayır, 10-dək davam edəcək...

Əhalinin NƏZƏRİNƏ – Oktyabrın 6-dan başlayır, 10-dək davam edəcək...

Şamaxıda ölümlə nəticələnən qəzanın təfərrüatı – VİDEO

Şamaxıda ölümlə nəticələnən qəzanın təfərrüatı – VİDEO

İlham Əliyevdən media savadlılığının artırılması ilə bağlı AÇIQLAMA

İlham Əliyevdən media savadlılığının artırılması ilə bağlı AÇIQLAMA

Prezident: "Dezinformasiyanın geniş yayılması ictimai etimada birbaşa təsir göstərir"

Prezident: "Dezinformasiyanın geniş yayılması ictimai etimada birbaşa təsir göstərir"

Qrip kimi başlayır, səpgi ilə davam edir: Birə yatalağı barədə XƏBƏRDARLIQ

Qrip kimi başlayır, səpgi ilə davam edir: Birə yatalağı barədə XƏBƏRDARLIQ

İlham Əliyev: "AQEM Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

İlham Əliyev: "AQEM Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

End of content

No more pages to load

RADİO