II Liqada mübarizə aparan "Şəki Siti" Cavid İmamverdiyevlə yollarını ayırıb.
Bizim.Media xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
36 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Cavid İmamverdiyev mövsümün əvvəlindən "Şəki Siti"də çıxış edirdi. Azərbaycan milli komandasının sabiq üzvü cari mövsümdə II Liqada 16 qol vurub.
Bizim.Media