Uzun müddətdən bəri maliyyə böhranı yaşayan “Bakı” Futbol klubunun deyəsən bəxti açılmaqdadır. Belə ki, kluba yeni sahib tapılıb.
Moderator.az-ın əldə etdiyi məlumata görə, cəmiyyətdə
“Hafka” kimi tanınan iş adamı və hazırda
bonkrot vəziyyətinə düşən Hafiz Məmmədov böhrandan çıxış yolu kimi
klubdan uzaqlaşaraq yeni himayədara təhvil verməyə qərarlaşdırıb.
Klubun yeni himayədarı isə “Paşa Holding”in
olacağı gözlənilir. Artıq bu istiqamətdə
işlər gedir və yaxın zamanlarda bu işlər rəsmiləşdiriləcək və oktyabr ayından
etibarən kluba rəhbərliyin “Paşa Holding”-ə keçəcəyi bildirilir.