İngiltərə Premyer Liqasının XXI turunda “Arsenal” “Mançester Siti” ilə qarşılaşıb.
Bizim.Media xəbər verir ki, Londonda keçirilən görüş maraqlı mübarizə şəraitində keçib.
Qarşılaşmada hesabı meydan sahibləri açıblar. 23-cü dəqiqədə Saka fərqlənib. İlk hissə “Arsenal”ın üstünlüyü ilə başa çatıb.
İkinci yarıda isə “Mançester Siti” oyunda dönüş yarada bilib.
Riyad Mahrez 57-ci dəqiqədə status-kvonu bərpa edib. Bundan iki dəqiqə sonra “Arsenal” azlıqda qalıb. Qabriel qırmızı vərəqə ilə oyundan qovulub.
Qonaqların qələbə qolu isə matça əlavə olunmuş üçüncü dəqiqədə vurulub. Rodri qələbəni rəsmiləşdirən qola imza atıb.
Bizim.Media