Ukraynanın Kiyev şəhərində WAKO təqviminə uyğun olaraq Kikboksinq üzrə beynəlxalq turnir "Wizard open" keçirilib.
Bizim.Media xəbər verir ki, Azərbaycan Kikboksinq Federasiyasının hakimlər kollegiyasının sədri, beynəlxalq "A" dərəcəli hakim Aydın Ağabəyov turnirin final döyüşlərini və qala gecəsini idarə edib.
O, yarışın seçilmiş hakimi kimi Ukrayna Kikboksinq Federasiyasının prezidenti Olga Pavlenko tərəfindən mükafat alıb.
Bizim.Media

