"Mançester Yunayted"in hücumçusu Edinson Kavani "Barselona"ya keçməyə razılıq verib.
Bizim.Media xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb. Uruqvaylı futbolçunun karyerasını başa vuran Serxio Aqueronu əvəzləyəcəyi bildirilir.
34 yaşlı oyunçunun yanvarda Kataloniya təmsilçisi ilə qısamüddətli (bu mövsümün sonuna kimi) müqavilə imzalayacağı gözlənilir.
Bildirilib ki, "Mançester Yunayted" Kavanin keçidinə narazı olmayacaq, çünki bu, kluba maaşda qənaət edilməsinə kömək edəcək.
Qeyd edək ki, Kavani bu mövsüm “qırmızı şeytanlar”ın forması ilə 8 oyuna çıxıb, 1 qol vurub.
Bizim.Media