"Paris" və "Lion" komandaları arasında Fransa Kubokunun 1/32 final mərhələsinin oyunu azarkeşlər arasında kütləvi davaya görə yarımçıq dayandırılıb.
Bizim.Media xəbər verir ki, əvvəlcə qonaq komandanın azarkeşləri rəqib fanatlara hücum çəkib. Tribunada başlayan münaqişə daha sonra meydançada davam edib.
Nəticədə qarşılaşmanın ikinci hissəsi oynanılmayıb. İlk hissədən sonra hesab 1:1 olub.
Qeyd edək ki, matçın nə vaxt davam edəcəyi barədə məlumat verilməyib.
Bizim.Media