“Zirə”nin qış təlim-məşq toplanışının proqramı məlum olub.
Bizim.Media klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, komanda yanvarın 5-də Türkiyənin Antalya şəhərinə yola düşəcək.
"Zirə" qardaş ölkədə 3 yoxlama oyunu keçirməyi planlaşdırır. Paytaxt təmsilçisi yanvarın 13-də Macarıstanın “Peç”, 20-də Polşanın “Qurnik”(Leçna), 24-də isə Şimali Makedoniyanın “Breqalniça” klubları ilə qarşılaşacaq.
Bizim.Media