Futbol üzrə Azərbaycan Premyer Liqasında 14-cü tura yekun vurulub.
Bizim.Media xəbər verir ki, günün son matçında "Qarabağ" "Zirə"ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticədən sonra xallarını 33-ə çatdıran "Qarabağ" turnir cədvəlində liderliyini möhkəmləndirib.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə edib, "Keşlə" səfərdə "Sumqayıt"a 3:1, "Sabah" isə "Səbail"ə 3:0 hesabı ilə qalib gəlib.
Bizim.Media