"Lion" Sərdar Azmunu heyətinə qatmağa yaxındır.
Bizim.Media xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat verib.
O, 26 yaşlı hücumçunun Fransa klubuyla şəxsi anlaşma bağladığını bildirib.
Qeyd edək ki, İran millisinin üzvü 2019-cu ilin fevralından Rusiyanın “Zenit” klubunda forma geyinir. Azmunun Sankt-Peterburq təmsilçisi ilə müqaviləsi bu mövsümün sonunda bitir.
Bizim.Media