Dünya şöhrətli keçmiş futbolçu Samuel Eto yüksək vəzifəyə təyin edilib.
Bizim.Media xəbər verir ki, o, Kamerun Futbol Federasiyasının prezidenti seçilib.
Qeyd edək ki, S.Eto İspaniyanın "Real Madrid", "Barselona" və Rusiyanın "Anji" klublarında çıxış edib. O, karyerasını 40 yaşında bitirib.
Sonuncu klubu Qətərin "Qətər SK" komandası olub.
S.Eto Kamerun millisinin heyətində 118 oyun keçirib və 56 qol vurub ki, bu da milli komandanın tarixində ən yaxşı göstəricidir.
Bizim.Media