18 yaşadək cüdoçular arasında Bakı Kubokuna start verilib.
Bizim.Media xəbər verir yarış Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən "Xilasedici" İdman-Sağlamlıq Mərkəzində təşkil olunur.
Turnirin ilk günündə yeniyetmə qızlar arasında 36 kq (1 iştirakçı), 48 kq (5 iştirakçı) və 63 kq (4 iştirakçı), oğlanlar arasında isə 46 kq (47 iştirakçı), 60 kq (82 iştirakçı) və 81 kq (22 iştirakçı) çəki dərəcələrində qaliblər və mükafatçılar müəyyənləşib.
Qeyd edək ki, dekabrın 12-dək davam edəcək turnir koronavirus pandemiyası səbəbindən ölkədə davam edən karantin rejimi ilə əlaqədar azarkeşsiz keçirilir.
Bizim.Media