Norveçli şahmatçı Maqnus Karlsen növbəti dəfə dünya çempionu olub.
Bizim.Media xəbər verir ki, 31 yaşlı qrossmeyster rusiyalı Yan Nepomnyaşi ilə dünya şahmat tacı uğrunda görüşün 11-ci partiyasından da qalib ayrılıb.
Bununla da sona 3 tur qalmış hesab 7,5:3,5 olub və Karlsen çempionluğunu vaxtından əvvəl rəsmiləşdirib.
Beləliklə, o, ardıcıl 5-ci dəfə dünya çempionu adına yiyələnib.
Bizim.Media