2022-ci il dünya çempionatına ev sahibliyi edəcək Qətər mundiala tam hazırdır.
Bizim.Media xəbər verir ki, Qətərdə dünya çempionatının keçiriləcəyi 8 stadionunun hamısında tikinti işləri yekunlaşıb.
7 stadion inşa edilib, final matçlarının keçiriləcəyi 80 000 azarkeş tutumuna malik “Lusai” stadionu isə əsaslı təmir edilib.
İyunda Qətər hökuməti tərəfindən dünya çempionatına getməyi planlaşdıran azarkeşlər üçün 1 milyon doza vaksin hazırlanacağı açıqlanıb.
Qeyd edək ki, dünya çempionatı 2022-ci il 21 noyabr - 18 dekabrda keçiriləcək. Bu, qış vaxtı təşkil olunacaq ilk mundialdır.
Bizim.Media