Çempionlar Liqasının qrup mərhələsinin VI turundan sonra klubların UEFA reytinqi açıqlanıb.
Bizim.Media xəbər verir ki, Azərbaycanın “Qarabağ” klubu ilk “100-lük”də yer alıb.
Qurban Qurbanovun yetirmələri 25,000 xalla Avropada 60-cı yerə şərikdir. Təmsilçimiz Türkiyə “Başakşəhər”i ilə eyni göstəriciyə malikdir. Bu cütlük ötən siyahı ilə müqayisədə bir addım geriləyib.
Qeyd edək ki, cədvələ 133,000 xala malik “Bavariya” başçılıq edir.
Bizim.Media