“Barselona”nın Çempionlar Liqasındakı 17 illik seriyası başa çatıb.
Bizim.Media xəbər verir ki, Kataloniya klubu qrup mərhələsinin son turunda “Bavariya”ya 0:3 hesabı ilə məğlub olduqdan sonra 3-cü yeri tutub.
2004/05 mövsümündən başlayaraq hər il qrupdan çıxmağı bacaran İspaniya nəhəngi bu dəfə Avropa Liqasına yollanıb.
Barselonanın eyniadlı təmsilçisinin seriyası Lionel Messinin komandadakı ilk mövsümündə başlayıb. Uğurlu seriya argentinalının komandadan getdiyi ilk mövsümdə qırılıb.
Kataloniya təmsilçisinin Çempionlar Liqasının pley-offundan kənarda qalması sonuncu dəfə 2003/04 mövsümündə qeydə alınıb. Həmin il komanda turnirin qrupuna düşməyib.
“Barselona”nın qrupda oynayıb, mərhələ keçməməsi isə sonuncu dəfə 21 il əvvəl - 2000/01 mövsümündə yaşanmışdı.
Bizim.Media