UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsində VI turun daha 5 oyunu keçirilib.
Bizim.Media xəbər verir ki, gecənin ən maraqlı və prinsipial matçlarından biri E qrupunda baş tutub.
Növbəti raunda vəsiqəni təmin etmiş Almaniya "Bavariya"sı ikinci yer uğrunda mübarizə aparan İspaniya "Barselona"sını qəbul edib. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Nəticədə ÇL-də mübarizəni dayandıran "Barselona" isə Avropa Liqasının pley-offuna yollanıb.
Matçın icmalını təqdim edirik:
Bizim.Media