İspaniyanın Barselona şəhərində keçirilən beynəlxalq şahmat turniri başa çatıb.
Bizim.Media xəbər verir ki, bu gün keçirilən 9-cu - son turda Azərbaycan təmsilçilərinin hər üçü - Məhəmməd Muradlı, Eltac Səfərli və Aydın Süleymanlı rəqibləri ilə heç-heçə ediblər.
Şahmatçılarımızdan ən yaxşı nəticəni M.Muradlı əldə edib. Belə ki, liderdən cəmi yarım xal geri qalan şahmatçımız 6,5 xalla 8-ci yerdə qərarlaşıb.
Digər təmsilçilərimiz – E.Səfərli 6 xalla 14-cü, A.Süleymanlı 5,5 xalla 34-cü olublar. Turnir İsveçrə sistemi üzrə keçirilib.
Bizim.Media