""Qarabağ" taktiki cəhətdən yaxşıdır. Rəqib yüksək sürətə malikdir. Meydanın hər qarışı uğrunda mübarizə aparan və gücünü balanslı şəkildə istifadə etməyi bacaran kollektivdir. Buna görə də çətin oyun olacaq".
Bizim.Media xəbər verir ki, bu sözləri "Bazel"in baş məşqçisi Patrik Rahmen mətbuat konfransında deyib.
O qeyd edib ki, bu oyunda qalib gəlmək fikrində olduqları üçün heç bir xüsusi taktika olmayacaq.
"Biz meydanda öz oyunumuzu göstərmək istəyirik. Final fitindən sonra bütün suallara aydınlıq gələcək" - deyə P.Rahmen əlavə edib.
Qeyd edək ki, dekabrın 9-da gerçəkləşəcək "Bazel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Azərbaycan təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola bilər.
Bizim.Media