Bu gün U-19 milliləri arasında final mərhələsi 2023-cü ildə Maltada təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkü atma mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, Azərbaycan yığmasının da yarışdakı rəqibləri müəyyənləşib. Millimiz Türkiyə, Bolqarıstan və Lüksemburq komandaları ilə 2-ci qrupda mübarizə aparacaq.
Qrup mərhələsinin oyunları gələn ilin sentyabrında Bolqarıstanda təşkil olunacaq.
Bizim.Media