Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçirilib.
Bİzim.Media-nın məlumatına görə, "Zəfər turu"nda günün ikinci matçı "Keşlə" və "Neftçi" komandaları arasında olub. "ASK Arena"dakı qarşılaşma meydan sahiblərinin 3:2 hesablı əzmkar qələbəsi ilə başa çatıb.
Bu nəticədən sonra "Neftçi" 17 xalla 2-ci pillədəki yerini qoruyub. Xallarını 10-a çatdıran "Keşlə" isə 6-cı sırada qərarlaşıb.
Qeyd edək ki, turun açılış oyununda "Sabah" evdə "Zirə" ilə 3:3 hesablı heç-heçə edib. Tura noyabrın 7-də keçiriləcək "Səbail" - "Qəbələ" və "Sumqayıt" - "Qarabağ" oyunları ilə yekun vurulacaq.
Bizim.Media