Ukrayna millisinin sabiq baş məşqçisi Andrey Şevçenko karyerasını İtaliyada davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, 45 yaşlı mütəxəssisə “Cenoa”dan təklif gəlib.
A seriyası təmsilçisi Şevçenkoya illik 1,8 milyon avro ödəməyə hazırdır. Ona 2023-cü ilin yayına qədər nəzərdə tutulan müqavilə təklif olunub.
Qeyd edək ki, “Cenoa” A seriyasında 12 oyundan sonra 9 xalla 15-ci pillədə qərarlaşıb.
Bizim.Media