Futbol üzrə İtaliya A Seriyasında 10-cu turun oyunları davam edir.
Bizim.Media-ya xəbər verir ki, son ölkə çempionu “Yuventus” klubu “Alianz” stadionunda Turin şəhərin digər təmsilçisi “Torino”nu qəbul edib.
Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbədən sonra xal ehtiyatını 20-ə çatdıran “Yuventus” turnir cədvəlində 3-cü yerə yüksəlib, “Torino” isə 6 xalla 18-ci yerdədir.
Bizim.Media