Dünya boksunun əfsanələri - Mayk Taysonla Roy Cons arasında nümunəvi xarakterli döyüş olub.
Bizim.Media “TASS”a istinadən bildirir ki, keçmiş mütləq dünya çempionlarının döyüşü Los-Ancelesdə “Staples Center” arenasında baş tutub. Hər biri 2 dəqiqədən ibarət 8 raundluq qarşılaşma heç-heçə ilə yekunlaşıb.
Tayson döyüşdən 10 milyon dollar, Cons isə 3 milyon dollar qazanacaq. İdmançılar, həmçinin ödənişli yayımların satışından faiz alacaq.
Bizim.Media