Azərbaycanlı boksçu Məhəmmədrəsul Məcidov növbəti görüşünü keçirib.
Bizim.Media xəbər verir ki, idmançı Puerto Riko təmsilçisi Sahret Delqado ilə üz-üzə gəlib.
ABŞ-ın Florida ştatında baş tutan qarşılaşma Məcidovun qələbəsi ilə yekunlaşıb. Boksçu üçüncü raundda rəqibini nokauta salıb.
Qeyd edək ki, Məhəmmədrəsul Məcidov daha əvvəl ABŞ təmsilçisi Ed Fonteyni və britaniyalı Tom Littlı məğlub etmişdi.
Bizim.Media