Tanınmış türkiyəli məşqçi Ertuğrul Sağlam COVİD-19 infeksiyasına yoluxub.
Bizim.Media xəbər verir ki, bu barədə onun rəhbərlik etdiyi “Samsunspor” klubu məlumat yayıb.
Bildirilib ki, 51 yaşlı mütəxəssisin koronavirus testi pozitiv çıxıb. Buna görə o, karantinə alınıb.
Qeyd edək ki, Ertuğrul Sağlam 2009/10 mövsümündə “Bursaspor”a Türkiyə çempionluğunu qazandırıb.
Bizim.Media