Yeni yaradılan “Turan” voleybol klubu hansı oyunçularla anlaşıb? – Baş məşqçidən AÇIQLAMA

“Azərbaycanda yeni yaradılan “Turan” qadın voleybol klubunun hədəfi elə ilk mövsümdə də iddialı olub çempionluğu qazanmaqdır”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında komandanın baş məşqçisi Ziya Rəcəbov deyib.

Onun sözlərinə görə komandaya bunun üçün hər cür şərait yaradılacaq:

“Klubumuzun təsisçiləri idmana bağlı olan insanlardır. Əvvəlcə əcnəbi məşqçi gətirmək istəsələr də, sonradan mənimlə anlaşdılar. Çox vacib strategiyaları var. Əsas məqsəd voleybolu Tovuzda daha da populyar etmək, “Turan” klubunu nəinki Azərbaycanda, həm də beynəlxalq aləmdə məşhurlaşmaqdır. Bu il komandamızın hədəfi Azərbaycan çempionatının final mərhələsinə vəsiqə qazanmaq olacaq. Amma bir şey də var ki, əgər final mərhələsinə qatılacağıqsa, niyə də çempion olmayaq? Bu il çempion olsaq, növbəti mövsümdən Avrokuboklarda da mübarizə aparmaq fikrindəyik”

Ziya Rəcəbov heyəti yerli və əcnəbi voleybolçulardan komplektləşdirib quracaqları deyib.

Komanda ev oyunlarını isə yerli publika qarşısında, Tovuz olimpiya idman kompleksinin arenasında keçirəcək:

“Biz heyəti yerlilərlə yanaşı həm də əcnəbi voleybolçulardan quracağıq. Federasiyanın əcnəbi oyunçulardan qoyduğu limit var. Buna görə də yalnız 6 legioner gətirə bilərik. Əcnəbi oyunçularla anlaşmışıq. Hələ ki, adlarını açıqlaya bilmərəm. Yerlilərə gəlincə, millinin üzvü Ayşən Əbdüləzimova komandanın kapitanı olacaq.

Bundan başqa, yığmamızın digər üzvləri Yuliyə Kərimova və Ülkər Kərimovanı da heyətə cəlb etmişik. Heyətə cəlb edilən oyunçular arasında gənclər də kifayət qədərdir. Məqsədimiz onları yetişdirib, milli komandalara cəlb etməkdir. İnanıram ki, azarkeşlər qarşısında yüksək səviyyədə çıxış edə biləcəyik. Hazırda məşqlərimizi Zaqulbada keçiririk. Ev oyunlarımızı isə Tovuz olimpiya idman kompleksində keçirəcəyik”.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Hafiz Paşayev təltif olundu

Hafiz Paşayev təltif olundu

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

Prezident: “Azərbaycan bütün növ enerji resurslarını istehsal edən nadir ölkələrdəndir”

Prezident: “Azərbaycan bütün növ enerji resurslarını istehsal edən nadir ölkələrdəndir”

Məni "Söylü"yə oxşatmayın

Məni "Söylü"yə oxşatmayın

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Hörmüz boğazında neft tankeri VURULDU

Hörmüz boğazında neft tankeri VURULDU

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

YAP-ın VIII Qurultayı başa çatdı - FOTO

YAP-ın VIII Qurultayı başa çatdı - FOTO

Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ

Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ

Süni intellektlə yeni dələduzluq üsulu: DTX-dən XƏBƏRDARLIQ - VİDEO

Süni intellektlə yeni dələduzluq üsulu: DTX-dən XƏBƏRDARLIQ - VİDEO

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

End of content

No more pages to load

RADİO