“Sabah”dan sabiq futbolçusuna ŞOK İTTİHAM: Elvin Camalov klubun üzvünə nə təklif edib?

“Sabah” sabiq futbolçusu və kapitanı Elvin Camalovla bağlı rəsmi açıqlama yayıb.

Bizim.Media xəbər verir ki, açıqlamada bildirildiyinə görə, “Sabah” FK-nın baş məşqçisinin son mətbuat konfransından sonra kluba bir çox müraciət daxil olub.

“Bu müraciətlər hazırda “Neftçi” FK-nı təmsil edən və klubumuzun keçmiş kapitanı olan Elvin Camalovun davranışı ilə bağlı vəziyyətin aydınlaşdırılmasını zəruri edir. Bununla əlaqədar olaraq, klub rəsmi mövqeyini açıqlamağı vacib hesab edir.

Əlimizdə olan məlumata əsasən, Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Sabah” FK ilə “Neftçi” FK arasında baş tutmuş oyun ərəfəsində Camalov komandamızın futbolçularından biri ilə iki dəfə əlaqə saxlayaraq, ona cari mövsümün sonunda “Neftçi” FK-ya keçməyi təklif edib.

Bu söhbətlər zamanı o, klubunun baş məşqçisinin marağını və həmin futbolçunun oyununa verdiyi yüksək qiyməti xüsusi vurğulayıb.

Bu təklif futbolçumuzun diqqətini çəkməyib və o, müraciətə soyuq reaksiya verib. Buna baxmayaraq, Camalov təkrar əlaqə saxlayaraq bu təklifdə israr edib. Bu isə onun hərəkətlərinin məqsədyönlü xarakter daşıdığını açıq şəkildə göstərir.

Xüsusilə vurğulamaq istərdik ki, sözügedən futbolçunun “Sabah” FK ilə mövcud müqaviləsi yalnız cari yox, növbəti mövsüm üçün də qüvvədədir. Şübhəsiz ki, uzun müddət komandamızın kapitanı olmuş Elvin Camalov bu vəziyyətdən xəbərdardır. Bu fakt isə onun hərəkətlərinin qəbuledilməzliyini daha da artırır”.

Açıqlamada həmçinin bildirilib:

“Biz bu cür davranışı peşəkar etika və futbolçuların statusu və transfer qaydalarının ciddi şəkildə pozulması kimi qiymətləndiririk. Eyni zamanda, bunu ədalətsiz rəqabət nümunəsi hesab edirik.

Ən diqqətçəkən məqam isə odur ki, bu cür ünsiyyət cəhdləri məhz Azərbaycan Kubokunun yarımfinalında “Sabah” FK və “Neftçi” FK-nın qarşılaşacağı məlum olduqdan sonra baş verib.

Üstəlik, sözügedən futbolçunun komandamızın əsas oyunçularından biri olmasını nəzərə alaraq, bunu idmançının diqqətini yayındırmaq və həlledici oyunlar ərəfəsində ona təzyiq göstərmək cəhdi kimi qiymətləndiririk.
 

Əgər oyunçuya maraq həqiqətən peşəkar çərçivədə olsaydı, “Neftçi” FK rəsmi şəkildə “Sabah” FK və ya futbolçunun nümayəndələri ilə əlaqə saxlayardı. Bunun əvəzinə, bu proses qeyri-rəsmi formada, keçmiş komanda yoldaşı vasitəsilə və rəsmi prosedurlar nəzərə alınmadan həyata keçirilib. Bu isə niyyətin səmimiliyi ilə bağlı ciddi şübhələr doğurur.


“Sabah” FK artıq Elvin Camalovun hərəkətlərini qaydaların pozulması kimi dəyərləndirərək, bu barədə AFFA-ya rəsmi müraciət ünvanlayıb. Biz Azərbaycan futbolunda bu kimi mənfi halların, o cümlədən potensial danışılmış oyunların qarşısının alınması istiqamətində AFFA-nın səylərini tam şəkildə dəstəkləyirik.

Bununla yanaşı, “Sabah” FK bu bəyanatdan əvvəl “Neftçi” FK rəhbərliyi ilə əlaqə saxlayıb. İki klub arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlər mövcuddur. Ümid edirdik ki, oyunçu məsuliyyəti öz üzərinə götürərək baş verənlərə görə üzr istəyəcək və məsələ ictimai müzakirəyə çıxarılmadan həll ediləcək. Bu məqsədlə açıqlama verilməmişdən öncə kifayət qədər vaxt tanındı. Lakin cavabın olmaması səbəbindən klub, futbol ictimaiyyətində rezonans doğuran bu hadisə ilə bağlı rəsmi açıqlama verməyə məcbur oldu.

“Sabah” FK daim ədalətli rəqabəti, klublar arasında şəffaf münasibətləri və mövcud müqavilələrə hörmət göstərilməsini müdafiə edir. Şəffaf və dürüst rəqabət prinsiplərinə əməl etməyin bütün futbol ictimaiyyətinin ortaq məqsədi olmasına inanırıq”.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Keyn 78 illik rekordu TƏKRARLADI

Keyn 78 illik rekordu TƏKRARLADI

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

“Fənərbağça” hesabı açdı - VİDEO

“Fənərbağça” hesabı açdı - VİDEO

End of content

No more pages to load

RADİO