Fernandu Santuş: “Komanda meydana məğlub olmağa çıxmışdı”

Sanki Azərbaycan millisi meydana məğlub olmağa çıxmışdı, qələbə qazanmağa yox.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Haiti yığmasına qarşı keçirilən yoxlama oyunundan sonra mətbuat konfransında deyib. 

70 yaşlı mütəxəssis məğlub olduqları matç barədə danışıb:

"Belə hesabla uduzacağımızı bilsəydim, start heyətini başqa cür qurardım. Məşq prosesində hər şey qaydasında idi. Komanda oyuna çox yaxşı hazırlaşmışdı. İkinci hissədə meydana hücumameyilli futbolçular buraxdıq. Hesabı xeyrimizə dəyişmək istəyirdik. Fasilədən sonra meydanda bərabər səviyyəli oyun gedirdi. Lakin ikinci qolu buraxdıqdan sonra ruh düşkünlüyü yaşandı".

O, 84-cü dəqiqədə qırmızı vərəqə alan Elvin Cəfərquliyevin davranışının doğru olmadığını bildirib: 

"Elvinlə söhbət apardım. Dedim ki, yersiz yerə qırmızı vərəqə almaq olmaz. Lakin bir səhvə görə, futbolçunu qınaq atəşinə tuta bilmərik".

F.Santuş yığmanın heyətində təcrübəli futbolçulara ehtiyac olduğunu söyləyib:

"Bədavi Hüseynov və Şahruddin Məhəmmədəliyev təcrübəli oyunçulardır. Təbii ki, gələcəyin komandasını qurmağa çalışırıq. Bunu edərkən bəzi təcrübəli futbolçulara da şans verilməlidir ki, gənclərə örnək olsunlar. Bu praktika dünya futbolunda da var. Portuqaliya millisinin üzvü Pepe 40 yaşına qədər milliyə dəvət alırdı".

Baş məşqçi Belarusla keçiriləcək yoxlama oyununda müəyyən dəyişikliklər edəcəyini vurğulayıb:
 

"Əgər nəticə istədiyimiz kimi olsa, oyunun gedişində Şahin Şahniyarova şans verə bilərik. O, çox istedadlı futbolçudur. Ümumiyyətlə hər bir futbolçunun xidmətindən yararlanmaq istəyirik".


Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan Azərbaycan – Haiti görüşü qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Quba və Qusarın dağ kəndlərinə ötən gecə də qar yağıb - FOTO

Quba və Qusarın dağ kəndlərinə ötən gecə də qar yağıb - FOTO

İlon Mask dörd övladının anasından ayrıldı

İlon Mask dörd övladının anasından ayrıldı

Ben Affleki Şakira ilə tanış etməyə çalışıblar - Aktyor isə..

Ben Affleki Şakira ilə tanış etməyə çalışıblar - Aktyor isə..

XİN Lesotonun Müstəqillik Gününü təbrik etdi

XİN Lesotonun Müstəqillik Gününü təbrik etdi

Tramp senatorun telefon nömrəsini dərc etdi - SƏBƏB

Tramp senatorun telefon nömrəsini dərc etdi - SƏBƏB

Vətən müharibəsinin xronikası: 4 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 4 oktyabr – VİDEO

Almaniya kansleri Kiyevə gəldi - 1 milyard avroluq yardım edəcək?

Almaniya kansleri Kiyevə gəldi - 1 milyard avroluq yardım edəcək?

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Dollarla bağlı kritik PROQNOZ

Dollarla bağlı kritik PROQNOZ

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

ABŞ iki İran diplomatını ölkədən çıxardı

ABŞ iki İran diplomatını ölkədən çıxardı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Dünya birjalarında neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşdı

End of content

No more pages to load

RADİO