Samir Abasov “Sumqayıt” ilə matçı şərh etdi: “Bu bəladır, ya da nədir, bilmirəm” – VİDEO

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 16-cı turunda “Sumqayıt”a 0:2 hesabı ilə uduzduqları oyundan danışıb.  

Bizim.Media xəbər verir ki, təcrübəli çalışdırıcı məğlubiyyətə belə şərh verib: 

“Bədbəxtçiliyimiz ondadır ki, kağız üzərində favorit göstərilirik. Oyuna çox yaxşı başlayırıq. Etmək istədiklərimiz də alınır. Bu bəladır, ya da nədir, bilmirəm.

Durduğumuz yerdə topu rəqibə hədiyyə veririk və qapımızda qol görürük. Halbuki ondan əvvəl 2 metrdən qapıya düşə bilmirik. Bütün oyunlarda baş verən prosesdir. “Şamaxı”nı 2:0 udurduq.
 

Oyundan sonra bu haqda danışmamışam. Həmin oyunu uduzmaq şəklinə çıxaranda, söz də deyə bilmirəm. 23-24 dəqiqə içərisində 2 qol vurub, 5 real epizodu vura bilmirsən. “Qarabağ”la matçda da Ramil Şeydayevin epizodu oldu. Bu gün də iki metrdən qapıya düşə bilmədik. Hər oyunda bir hədiyyə ilə qapımıza qol gətiririk.


Daha sonra ikinci hədiyyə oldu və yenə qapımızda qol gördük. İş də bundan sonra başlayır. Bundan sonra “Neftçi”nin ümumi simasını görürük. “Neftçi” nəyə qadirdir, o, üzə çıxır. Bu cür komandalarla görüşdə qol vura bilmirsənsə, qapında qol görürsənsə, rəqib başlayır bağlanmağa. Normaldır və düzgündür. Sən “Neftçi”nin futbolçususan, belə hallarda üzə çıxmalısan.

Bu oyunlar bizim qarşımızda qrafik cızır ki, hansı futbolçu ilə yolumuza davam edəcəyik, hansılarla komanda quracağıq, hansı futbolçu isə “Neftçi”nin yükünü daşıya bilmir.

Bilirəm ki, bu sözümə görə tənqid olacaq. Bəlkə də, bu oyunlarda xeyirlisi də odur. Biz azarkeş kimi baxanda, başqa cür baxırıq. Amma biz hətta səfərdə və evdə oynaya biləcək oyunçuları seçmişik. Səfər oyunlarında futbolçumuz 180 dərəcədə dəyişir. Ad çəkmək istəmirəm. Bu da təzyiqdən irəli gəlir. “Neftçi”də oynayırsansa, belə hallar baş verməli deyil”. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Turist öz çadırında yandı - FOTO

Turist öz çadırında yandı - FOTO

Quru bəyanatlar, “unudulan” hüquqi öhdəlik... – Paşinyanın “SÜLH” PARADOKSU

Quru bəyanatlar, “unudulan” hüquqi öhdəlik... – Paşinyanın “SÜLH” PARADOKSU

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının ADLARI

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının ADLARI

Zeynəb Xanlarovanın yeni FOTOSU

Zeynəb Xanlarovanın yeni FOTOSU

İnfarkta qarşı yeni dövr – “Ürək yamağı” ilk dəfə tətbiq edildi

İnfarkta qarşı yeni dövr – “Ürək yamağı” ilk dəfə tətbiq edildi

"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satıldı

"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satıldı

Saxta müalicələrdən milyonlar qazandı – Özünə qızıl örtüklü Cybertruck aldı

Saxta müalicələrdən milyonlar qazandı – Özünə qızıl örtüklü Cybertruck aldı

ABŞ-a getmək istəyənlərin nəzərinə: Ölkəyə giriş qaydaları dəyişir

ABŞ-a getmək istəyənlərin nəzərinə: Ölkəyə giriş qaydaları dəyişir

İlin sonunadək Ağdama nə qədər əhali köçürüləcək?

İlin sonunadək Ağdama nə qədər əhali köçürüləcək?

Astanada Qarabağ atının heykəlinin açılışı oldu – FOTO

Astanada Qarabağ atının heykəlinin açılışı oldu – FOTO

Emin Hüseynov Ağdamdan sahibkarlara SƏSLƏNDİ: “Gəlin, 24 min hektar əkinəyararlı torpaq istifadə üçün hazırdır”

Emin Hüseynov Ağdamdan sahibkarlara SƏSLƏNDİ: “Gəlin, 24 min hektar əkinəyararlı torpaq istifadə üçün hazırdır”

Vəzifəyə təyin olunması xəbərinə aydınlıq gətirdi

Vəzifəyə təyin olunması xəbərinə aydınlıq gətirdi

Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü

Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü

Bakının hansı ərazilərində kanat yolu YARADILACAQ?

Bakının hansı ərazilərində kanat yolu YARADILACAQ?

Pensiya və təqaüdlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Pensiya və təqaüdlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Sabah da YAĞIŞ YAĞACAQ

Sabah da YAĞIŞ YAĞACAQ

İlham Əliyev Malayziyaya səfərə dəvət olundu

İlham Əliyev Malayziyaya səfərə dəvət olundu

Malayziyanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO/VİDEO

Malayziyanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO/VİDEO

Ramil Usubovun ailəsində AĞIR İTKİ - FOTO

Ramil Usubovun ailəsində AĞIR İTKİ - FOTO

“Bezmişik, bu nə yoldur” – VİDEO

“Bezmişik, bu nə yoldur” – VİDEO

Daha beş stomatoloqun lisenziyasız fəaliyyət göstərdiyi AŞKARLANDI

Daha beş stomatoloqun lisenziyasız fəaliyyət göstərdiyi AŞKARLANDI

Bir ayda 13 klinika cəzalandırıldı – RƏSMİ

Bir ayda 13 klinika cəzalandırıldı – RƏSMİ

İrina Zaretska Avstriyada qızıl medal qazandı

İrina Zaretska Avstriyada qızıl medal qazandı

Avstriyanın yeni səfiri Prezidentlə görüşündə Azərbaycan dilində danışdı – VİDEO

Avstriyanın yeni səfiri Prezidentlə görüşündə Azərbaycan dilində danışdı – VİDEO

End of content

No more pages to load

RADİO