Basketbol üzrə Azərbaycan çempionatında YENİLİK

Azərbaycan Basketbol Liqasında (ABL) 2024/25-ci illər mövsümü 18 oktyabr tarixində başlayacaq.

Bizim.Media xəbər verir ki, ötən ildən fərqli olaraq, basketbol üzrə 30-cu Azərbaycan çempionatında 12 komanda çempionluq uğrunda mübarizə aparacaq.

Bu mövsümdən etibarən, "Cəlilabad" klubu "Quba" klubu ilə əvəzlənəcək, "Xəzri" klubu "Naxçıvan" BK olaraq adlandırılacaq, "Xırdalan" klubu isə "Abşeron" BK adı ilə fəaliyyət göstərəcək. Eyni zamanda yeni yaranmış "Ordu" və "Lənkəran" klubları da yeni mövsümdən çempionatda mübarizəyə qoşulacaqlar.

Yeni reqlamentə əsasən çempionatın oyunları dörd dövrəli 20 turdan ibarət sistem üzrə keçiriləcək.

Oyun zamanı meydançada 4 əcnəbi və mütləq şəkildə 1 yerli basketbolçunun iştirak etməsi əsas şərt olacaq. Müntəzəm mövsümün oyunları "A" və "B" qrupları üzərindən baş tutacaq.

Ötən çempionatın nəticələrinə əsasən müntəzəm mövsümü ilk altılıqda bitirmiş, yəni pley-off 'a vəsiqə qazanmış klublar "A" qrupunda, pley-off 'a vəsiqə qazana bilməmiş dörd klub və yeni yaranmış iki klub "B" qrupunda mübarizə aparacaqlar. A qrupu: "Sabah" BK, "Naxçıvan" BK, NTD Bakı, "Abşeron" BK, "Neftçi" İK, "Sərhədçi" PİK. B qrupu: "Sumqayıt" BK, "Gəncə" BK, "Quba" BK, "Şəki" BK, "Ordu" İK, "Lənkəran" BK. Müntəzəm mövsümdə "A" qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, "B" qrupunu lider bitirmiş komanda pley-off 'un 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar.
 

"A" və "B" qruplarında digər yerləri tutmuş komandalar isə pley-off 'un 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.


Final seriyasında isə ən tez 4 qələbə qazanmış klub Azərbaycan Basketbol Liqasının (ABL) çempionu olacaq.

Qeyd edək ki, klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların "A" qrupunda, hansı klubların isə "B" qrupunda iştirak edəcəyi müəyyənləşəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

YAP tarixində yeni mərhələni diktə edən çağırışlar

YAP tarixində yeni mərhələni diktə edən çağırışlar

Radiatorların qarşısını pərdə ilə tutmaq olmaz – Ustalardan XƏBƏRDARLIQ

Radiatorların qarşısını pərdə ilə tutmaq olmaz – Ustalardan XƏBƏRDARLIQ

Vətən müharibəsinin xronikası: 6 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 6 oktyabr – VİDEO

Gözlənilməz pul, yeni iş imkanları və... - Bu 5 BÜRCÜN üzü güləcək

Gözlənilməz pul, yeni iş imkanları və... - Bu 5 BÜRCÜN üzü güləcək

Şanlıurfaya eniş edən təyyarədə bomba həyəcanı YALAN ÇIXDI

Şanlıurfaya eniş edən təyyarədə bomba həyəcanı YALAN ÇIXDI

Azərbaycan və Gürcüstan hərbi informasiya sahəsində əməkdaşlığı GÜCLƏNDİRİR- FOTO

Azərbaycan və Gürcüstan hərbi informasiya sahəsində əməkdaşlığı GÜCLƏNDİRİR- FOTO

Kipr Latviyaya qalib gəldi

Kipr Latviyaya qalib gəldi

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına HÜCUM ETDİ

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına HÜCUM ETDİ

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

Restoranda döyülən 32 yaşlı kişi öldü

Restoranda döyülən 32 yaşlı kişi öldü

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Qızıl medal qazandı, sonra üzr istədi

Qızıl medal qazandı, sonra üzr istədi

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

Hörmüz boğazında tanker VURULDU

Hörmüz boğazında tanker VURULDU

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

End of content

No more pages to load

RADİO