U-21 yığma komandamız AVRO-2025-in seçmə mərhələsi çərçivəsində bu gün növbəti görüşünü keçirəcək.
Bizim.Media xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv Ukrayna yığmasını qəbul edəcək.
"Azərsun Arena"da keçiriləcək matça 16:00-da start veriləcək. Azərbaycan yığması F qrupunda 5 oyundan sonra 3 xalla sonuncu pillədədir. Ukrayna isə 15 xalla liderdir.
Avro-2025
Seçmə mərhələ, VI tur
26 mart
16:00 Azərbaycan U-21 – Ukrayna U-21
Baş hakim: Dario Bel (Xorvatiya)
“Azərsun Arena”
Rəşad Rafiqoğlu, Bizim.Media