Əliağa Əzizova yüksək vəzifə verildi

ADSEA sədri Zaur Mikayılovun əmrinə əsasən, Əliağa Əzizov Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinə yeni rəis müavini təyin olunub.

Bizim.Media xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) yeni rəis müavini kollektivə təqdim edilib.

Bu, Xidmət üzrə ikinci rəis müavini təyinatıdır.

Bununla bağlı Xidmət rəisi Rafiq Aslanovun iştirakı ilə tədbir keçirilib. Xidmət rəisi çıxışında qeyd edib ki, dünən ölkə başçısının rəhbərliyi ilə keçirilmiş müşavirə Azərbaycanın su təhlükəsizliyi sahəsində aparılan islahatların strateji əhəmiyyətini bir daha göstərdi.Cənab Prezidentin Sərəncamı ilə təsdiq olunmuş Milli Su Strategiyası artıq icra mərhələsində konkret nəticələr verməkdədir və içməli su təminatı, su itkilərinin azaldılması, su-kanalizasiya və yağış suları infrastrukturunun inkişafını prioritet istiqamət kimi müəyyən edir.

Rəis müavini Əliağa Əzizov etimada görə təşəkkürünü bildirib və üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirəcəyini vurğulayıb.

Əliağa Əzizov 1996-cı ildə Sumqayıtda anadan olub. 2017-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin meliorasiya və su təsərrüfatı tikintisi ixtisasını bitirib, 2018-2020-ci illərdə BMT-nin FAO proqramı çərçivəsində Macarıstanda “Su ehtiyatlarının idarə edilməsi” üzrə magistr təhsili alıb və Hollandiyada su diplomatiyası üzrə ixtisasartırma kursunu bitirib.

2020-ci ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də baş məsləhətçi, 2023-cü ildən ADSEA-da “Elm və innovasiya” sektorunun müdiri, 2025-ci ildən isə şöbə müdir müavini vəzifəsində çalışıb. Evlidir. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan ilə Slovakiya arasında məxfi məlumatın mübadiləsi həyata keçiriləcək

Azərbaycan ilə Slovakiya arasında məxfi məlumatın mübadiləsi həyata keçiriləcək

Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqlədi

Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqlədi

Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi işdən çıxarıldı – FOTO

Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi işdən çıxarıldı – FOTO

Altı il öncə bu gün – 12 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 12 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Məşhur türk aktyor vəfat etdi – FOTO

Məşhur türk aktyor vəfat etdi – FOTO

Azərbaycanla Ukrayna hökumətləri arasında Protokol TƏSDİQLƏNDİ

Azərbaycanla Ukrayna hökumətləri arasında Protokol TƏSDİQLƏNDİ

İordaniyaya vizasız getmək MÜMKÜN OLACAQ

İordaniyaya vizasız getmək MÜMKÜN OLACAQ

Bu şəxslərə Prezident təqaüdü veriləcək – ADLAR

Bu şəxslərə Prezident təqaüdü veriləcək – ADLAR

Parisin ən qədim bazarı yanıb kül oldu – VİDEO

Parisin ən qədim bazarı yanıb kül oldu – VİDEO

Zelenski Trampın gözlənilməz bəyanatından sonra təşəbbüsü ələ alır - BBC

Zelenski Trampın gözlənilməz bəyanatından sonra təşəbbüsü ələ alır - BBC

Arda Turan Türkiyə millisinin baş məşqçisi TƏYİN OLUNACAQ?

Arda Turan Türkiyə millisinin baş məşqçisi TƏYİN OLUNACAQ?

Rusiya Bidzina İvanişvilinin qardaşının şirkətinə sanksiya TƏTBİQ ETMƏDİ

Rusiya Bidzina İvanişvilinin qardaşının şirkətinə sanksiya TƏTBİQ ETMƏDİ

Küçə itləri İranın Gürcüstandakı səfirinə hücum etdilər – AYAĞI SINDI

Küçə itləri İranın Gürcüstandakı səfirinə hücum etdilər – AYAĞI SINDI

Gəncədəki zəncirvari qəzada xəsarət alanların SON DURUMU

Gəncədəki zəncirvari qəzada xəsarət alanların SON DURUMU

Evini kirayəyə verənlər üçün qaydalar açıqlandı

Evini kirayəyə verənlər üçün qaydalar açıqlandı

XİN Ekvatorial Qvineya və İspaniyanı təbrik etdi – FOTO

XİN Ekvatorial Qvineya və İspaniyanı təbrik etdi – FOTO

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

Əvvəl dayanacağa, sonra digər maşınlara çırpıldı – FOTO

Əvvəl dayanacağa, sonra digər maşınlara çırpıldı – FOTO

Kambocanın Baş naziri Heydər Əliyevin məzarını ziyarət etdi – FOTO

Kambocanın Baş naziri Heydər Əliyevin məzarını ziyarət etdi – FOTO

Kreditlərin verilməsi qaydaları dəyişdi

Kreditlərin verilməsi qaydaları dəyişdi

Ən dadlı narı necə seçmək olar?

Ən dadlı narı necə seçmək olar?

Paytaxtın köçürülməsi təklifinə yeni yanaşma – 5 rayonun adı çəkildi

Paytaxtın köçürülməsi təklifinə yeni yanaşma – 5 rayonun adı çəkildi

İqtisadiyyat üzrə Nobel mükafatının laureatları MƏLUM OLDU - FOTO

İqtisadiyyat üzrə Nobel mükafatının laureatları MƏLUM OLDU - FOTO

Kambocanın Baş naziri Zəfər parkını ziyarət etdi

Kambocanın Baş naziri Zəfər parkını ziyarət etdi

End of content

No more pages to load

RADİO