Arif Əsədov: “Bizim də yaxşı yerli məşqçilərimiz var”

"Sabahkı oyunda bizi ciddi rəqib gözləyir. Maraqlı oyun olacaq. Deyərdim ki, bu rəqib hardasa Millətlər Liqasında olanlara bərabərdir. Yaxşı sınaq olacaq. Sabahkı oyunda həm oyun planında, həm heyətdə bəzi dəyişikliklər olacaq. Komandada atmosfer yaxşıdır. Çalışacağıq ki, yenə də sabah yaxşı oynayıb, qalib gələk. Rəqibi analiz etmişik. Futbolçulara rəqibin güclü-zəif tərəflərini başa saldıq. Monqolustanla oyunla indiki arasında fərq olacaq. Biz də taktiki sxemdə dəyişiklik edəcəyik. Monqolustanı ən çox birinci zonada qarşılayırdıq. Bolqarıstanla matçda oyunumuzu ikinci zonada quracağıq. Biz də çalışacağıq ki, öz oyunumuzu göstərək. Müsbət emosiyalarımız var. 18-dən bu yana futbolçularla birlikdəyik. Futbol fəlsəfəmi qısa müddətdə oyunçulara çatdırmağa çalışmışam. Düşünürəm ki, əgər alınsa, istədiyimizi edə biləcəyik".

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının müvəqqəti təyin edilmiş baş məşqçisi Arif Əsədov  "FIFA series – Edition 2024” layihəsi çərçivəsində martın 25-də, saat 20:00-da Bolqarıstan millisinə qarşı keçiriləcək oyundan öncə keçirilmiş mətbuat konfransında deyib. 

- Millidəkilər 25-28 yaşlı oyunçulardır, amma Monqolustanla matçda qapıya düşə bilmirdilər...

- Belə yanaşmağımızı istəməzdim. Bu tək bizim futbolçulara aid deyil. Tanınmış oyunçularda da belə olur. Futbolçular hər epizoddan sonra heyfslənirdilər. Onlar da çox istəyirdilər. Sadəcə alınmırdı. Komandada inam var idi ki, qol vuracağıq.

- Sizcə, sabah A millidə baş məşqçi kimi son matçınızdır?

- Bu cür suallar çox verilir. Mən o barədə düşünmürəm. Millidəyəmsə, mən öz işimi görürəm və ona uyğun təcrübəmdən istifadə edirəm. Bu oyunlarda yaxşı nəticə əldə etmək istəyirəm. Mənim üçün vacib olan odur ki, yerli məşqçiləri təmsil edirəm. Çalışacam uğurlu nəticə olsun ki, kim gələcəksə görsün ki, bizim də yaxşı yerli məşqçilərimiz var.

- Sabah Rza Cəfərov qapıda olacaq, yoxsa Şahruddin Məhəmmədəliyev?

- Sabahkı matçda Şahruddini düşünürük. Rəqib də başqa səviyyədədir. Rzadan istifadə etdik ki, gənc oyunçu qazanaq. Düşündüm ki, Monqolustanla matçda təzyiq olmayacaq və o, daha rahat olacaq. Yusif İmanovdan Avstirya, İsveçlə görüşlərdə istifadə etdik. Orada ab-hava başqa idi. Rzanın işi az oldu, amma millinin ab-havasını gördü.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezident: Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyirik

Prezident: Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyirik

Putin hazırda hansı saatı taxır? – DETALLAR - FOTO

Putin hazırda hansı saatı taxır? – DETALLAR - FOTO

İlham Əliyev: “Xəzər dənizi ölkələrimiz arasında vacib rol oynayır”

İlham Əliyev: “Xəzər dənizi ölkələrimiz arasında vacib rol oynayır”

Altı il öncə bu gün – 8 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 8 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

Prezident: “Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb”

Prezident: “Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb”

Bu rayonda da torpağın qiymətini qaldırdılar

Bu rayonda da torpağın qiymətini qaldırdılar

Prezident Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyətindən DANIŞDI

Prezident Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyətindən DANIŞDI

İlham Əliyev: “Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir”

İlham Əliyev: “Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir”

Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü

Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü

Tokayevdən TRIPP-lə bağlı TƏKLİF

Tokayevdən TRIPP-lə bağlı TƏKLİF

Berdiməhəmmədov: “Azərbaycanın bu formata qoşulması ən mühüm nəticədir”

Berdiməhəmmədov: “Azərbaycanın bu formata qoşulması ən mühüm nəticədir”

Ağstafada şagirdlərin gözü qarşısında mübahisə edən müəllimlər İŞDƏN kənarlaşdırılıb? – Rəsmi AÇIQLAMA

Ağstafada şagirdlərin gözü qarşısında mübahisə edən müəllimlər İŞDƏN kənarlaşdırılıb? – Rəsmi AÇIQLAMA

Səfərbərlik Xidmətinin vəzifəli şəxsi barədə cinayət işi məhkəməyə göndərildi

Səfərbərlik Xidmətinin vəzifəli şəxsi barədə cinayət işi məhkəməyə göndərildi

Avtobus marşrutlarına onlayn bilet satışı ilə bağlı RƏSMİ AÇIQLAMA

Avtobus marşrutlarına onlayn bilet satışı ilə bağlı RƏSMİ AÇIQLAMA

İstanbulda 7 mərtəbəli binanın çökmə ANI – VİDEO

İstanbulda 7 mərtəbəli binanın çökmə ANI – VİDEO

Bakıda "Golden Street" hotelinin fəaliyyəti dayandırıldı -FOTO/VİDEO

Bakıda "Golden Street" hotelinin fəaliyyəti dayandırıldı -FOTO/VİDEO

Sağlamlıq probleminə çevrilən “gözəllik” prosedurları – Kosmetoloji mərkəzlərə necə nəzarət edilir? – ARAŞDIRMA

Sağlamlıq probleminə çevrilən “gözəllik” prosedurları – Kosmetoloji mərkəzlərə necə nəzarət edilir? – ARAŞDIRMA

Beynəlxalq səyahətçilərin Qarabağ və Şərqi Zəngəzura səfəri başladı

Beynəlxalq səyahətçilərin Qarabağ və Şərqi Zəngəzura səfəri başladı

İtkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti BƏLLİ OLUB - RƏSMİ

İtkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti BƏLLİ OLUB - RƏSMİ

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir - FOTO

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir - FOTO

İlham Əliyevi “Avaza” Kompleksində Sərdar Berdiməhəmmədov QARŞILADI - FOTO/VİDEO

İlham Əliyevi “Avaza” Kompleksində Sərdar Berdiməhəmmədov QARŞILADI - FOTO/VİDEO

Yemək bişirəndə bu səhv qaz xərcinizi artırır - Qənaətin sadə yolu

Yemək bişirəndə bu səhv qaz xərcinizi artırır - Qənaətin sadə yolu

Dünyasını dəyişən direktoru son mənzilə alqışlarla yola saldılar – VİDEO

Dünyasını dəyişən direktoru son mənzilə alqışlarla yola saldılar – VİDEO

End of content

No more pages to load

RADİO